Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə keçirilən növbəti maarifləndirmə təlimi Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə təşkil olunub.
Azturkxeber.az xəbər verir ki, “Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi” mövzusuna həsr olunan təlimdə 40-a yaxın şagird və məktəbin pedaqoji kollektivi iştirak edib.
Təlim zamanı iştirakçılara əməyin mühafizəsi üzrə ilkin anlayışlar, elektrik və yanğın təhlükəsizliyi qaydaları, habelə bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi barədə məlumat verilib.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.