azturkxeber.az
http://azturkxeber.az

"ASAN xidmət"in nümayəndə heyəti Venesuelada

13-05-2026

11-13 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti qarşı tərəfin dəvəti əsasında Venesuela Bolivar Respublikasına səfər edib.
Azturkxeber.az xəbər verir ki, səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti ilə Venesuelanın aidiyyəti qurumlarının rəhbər şəxsləri, eləcə də xarici işlər nazirinin müavini Andrea Korao ilə görüşlər keçirilib.
Görüşlər zamanı Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət" modeli haqqında ətraflı təqdimat edilib və ölkəmizin müvafiq təcrübəsinin ixracı istiqamətində Amerika qitəsi də daxil olmaqla 30-dan çox ölkə ilə əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Venesuela tərəfi “ASAN xidmət”in tətbiqində maraqlı olduqlarını və bu istiqamətdə əməkdaşlıq etmək istədiklərini ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031