azturkxeber.az
http://azturkxeber.az

Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıblar

09-05-2026

Bərdə rayonunda yerləşən iki mağazada quraşdırılan və kassalarında ümumilikdə 40 min manat maddi vəsait olan ödəmə terminalları naməlum şəxslər tərəfindən oğurlanıb.
Azturkxeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elşad Əlizadə və Ayxan Quliyev saxlanılıblar. Onların terminallardan birini oğurlama anı təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031