azturkxeber.az
http://azturkxeber.az

Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs olunub

28-04-2026

Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs olunub

Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “BMW” markalı, 90-UC-211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Orxan Kamillini saxlayıblar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, O.Kamilli idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə O.Kamillinin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 15 sutka inzibati qaydada həbs edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930