azturkxeber.az
http://azturkxeber.az

“Tofaş”la avtoxuliqanlıq edib, videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib

10-11-2025

Nizami RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində sürücülük hüququ olmadan avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “Tofaş” markalı, 10-ST-665 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural İbrahimov saxlanılıb.

Azturkxeber.az xəbər verir ki, T.İbrahimov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.İbrahimovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 20 sutka inzibati qaydada həbs edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930