azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan deflimpiyaçıları dünya çempionatında 7 medal qazanıblar

27-04-2026

Türkiyənin İstanbul şəhərində WSF versiyasında təşkil edilən karate üzrə şotokan dünya çempionatına yekun vurulub.

19 ölkədən 1300 idmançının iştirak etdiyi mötəbər yarışda Azərbaycan 10 deflimpiyaçı ilə təmsil olunub. Komanda turnirdə tarixi nəticə əldə edərək ümumilikdə 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.

Karateçilərimiz Hikmət Ağayev (+18 yaş, 75 kiloqram, kumite), Sahib Sahibli (+18 yaş, +75 kiloqram, kumite), Yusif Əzimzadə (14–17 yaş, 60 kiloqram, kumite) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Aytən Qədirova (kata) və Nizaməddin Əzimzadə (14–17 yaş, 60 kiloqram, kumite) yarışı gümüş medallarla başa vurublar.

Əliəkbər Əlizadə (+18 yaş, 75 kiloqram, kumite) və Elnur Qasımzadə (+18 yaş, +75 kiloqram, kumite) bürünc mükafata sahib çıxıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930