azturkxeber.az
http://azturkxeber.az

Premyer Liqanın bombardiri “Qarabağ”la kubok oyununu buraxa bilər

21-04-2026

Premyer Liqanın bombardiri “Qarabağ”la kubok oyununu buraxa bilər

Azərbaycan Premyer Liqasının XXVIII turunun “Qarabağ”la oyununda (0:1) zədələnən “Sabah”ın futbolçusu Coy-Lens Mikelsin vəziyyətinə aydınlıq gəlib.

Klubdan bildirib ki, üz nahiyəsində sınıq aşkarlanan hücumçu böyük ehtimalla Ağdam klubuna qarşı keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununu buraxacaq.

Premyer Liqanın bombardiri ilə bağlı son qərarı həkimlər verəcək.

Qeyd edək ki, "Sabah" - "Qarabağ" matçı aprelin 22-də "Bank Respublika Arena"da təşkil olunacaq. İlk görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930