azturkxeber.az
http://azturkxeber.az

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi beynəlxalq rolunu daha da gücləndirib

15-04-2026

2025-ci ilin aprel ayında Daşkənddə keçirilmiş sonuncu konfransdan sonra Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi fəaliyyət dairəsini genişləndirərək beynəlxalq rolunu daha da gücləndirib.

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərində keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında məlumat verib.

Spiker Sahibə Qafarova özünün Parlament Şəbəkəsinin sədri kimi, xarici səfərləri, görüşləri və beynəlxalq konfranslardakı çıxışları zamanı təşkilatın rolunun və fəaliyyətinin təşviqini daim prioritetdə saxladığını və Şəbəkənin mühüm rolunu xüsusi vurğuladığını bildirib. Qeyd edilib ki, 2025-ci ilin aprelindən bu günədək üzv ölkələrin parlament rəhbərləri və hökumət rəsmiləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə təxminən 35 görüş keçirilib. Bu görüşlərdə platformanın effektivliyinin daha da artırılması və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi məsələlərinə diqqət yetirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930