azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Səbinə Əliyeva vətəndaşları qəbul edib

15-04-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva aprelin 14-də Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ombudsman müraciət etmiş vətəndaşları fərdi qaydada qəbul edib, bəzi məsələlərin operativ həlli məqsədilə yerində zəruri tədbirlər görülüb. Araşdırma tələb edən digər məsələlərin nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində aidiyyəti dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.

Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, habelə müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, elektron poçt ünvanları, poçt, faks, eləcə də sosial media platformaları vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930