azturkxeber.az
http://azturkxeber.az

Salyanda baş verən qəza zamanı xəsarət alanların vəziyyəti açıqlanıb

12-04-2026

Salyanda baş verən qəza zamanı xəsarət alanların vəziyyəti açıqlanıb YENİLƏNİB

Ələt-Astara magistral avtomobil yolunun Salyan rayon ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi səbəbilə aprelin 12-də saat 08:00 radələrində 3 nəfər (2 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanadan verilən məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan yaralılara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 1 nəfərin (qadın) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 09:20 radələrində ölüm faktı qeydə alınıb. 2 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930