Salyanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Salyan rayonu ərazisində bir neçə nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Ələt-Astara avtomobil yolunun Salyan ərazisindən keçən hissəsində qeydə alınan qəzada xəsarət
alanlar olub. Hadisə yerinə təcili tibbi yardım heyəti cəlb edilib.
Xəstəxanadan verilən məlumata görə, hadisə səbəbi ilə xəsarət alan 7 nəfər (1 qadın, 6 kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:


