azturkxeber.az
http://azturkxeber.az

İmişlidə yol qəzasında xəsarət alanların vəziyyəti məlum olub YENİLƏNİB

24-01-2026

İmişlidə yol qəzasında xəsarət alanların vəziyyəti məlum olub YENİLƏNİB

İmişli rayonu ərazisində minik avtomobillərinin toqquşması zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə mişli Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 4 nəfər şəxs (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, alının kəsilmiş, sıyrılmış yarası, bud sümüyünün orta aşağı üçdəbirinin qapalı qəlpəli yerdəyişən sınığı, sol diz qapağının sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən 1956-cı il təvəllüdlü şəxs zəruri tibbi yardım göstərildikdən sonra Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1974-cü il təvəllüdlü şəxs isə Abşeron Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.1995-ci il və 1975-ci il təvəllüdlü pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

15:20

İmişli rayonu ərazisində minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə saat 14 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət var. Onlar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031