azturkxeber.az
http://azturkxeber.az

Gədəbəydə avtobus qəzasında xəsarət alanların son durumu açıqlanıb

24-09-2025

Gədəbəydə avtobus qəzasında xəsarət alanların son durumu açıqlanıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Zəruri tibbi yardım göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Müalicəsi tibb müəssisələrində davam etdirilən pasiyentlərdən 10 nəfərin vəziyyəti stabil, 3 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Baş Dövlət Yol Polisi İdarəsindən "Report"a bildirib ki, Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən, "VAZ-21063" markalı minik avtomobili ilə "Daimler Benz" markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus aşıb.

Hadisə yerinə dərhal YPX əməkdaşları cəlb edilərək lazımi təhlükəsizlik tədbirləri görülmüşdür. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930