azturkxeber.az
http://azturkxeber.az

Müdafiə Nazirliyinin rəhbər heyəti taktiki təlimin gedişatını yoxlayıb

10-04-2026

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun döyüş hazırlığı və şəxsi heyətin peşəkarlığı gündən-günə daha da artırılır.

Azturkxeber.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi və digər vəzifəli şəxslər N hərbi hissəsində keçirilən döyüş atışlı taktiki təlimin gedişatını yoxlayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova xəritə üzərində təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib.

Qeyd olunub ki, cari ilin hazırlıq planına uyğun olaraq müasir döyüş üsulları nəzərə alınmaqla keçirilən taktiki təlimin əsas məqsədi yeni əməliyyat konsepsiyasına uyğun komandirlərin çevik qərar qəbuletmə qabiliyyətinin artırılması, qarşılıqlı uzlaşma şəraitində bölmələrin idarə edilməsi, eləcə də şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin taktiki fəaliyyətlərini və şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930