azturkxeber.az
http://azturkxeber.az

Bakıda NATO-nun kursu keçirilib

14-03-2026

Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na əsasən Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində 1-ci səviyyəli qiymətləndirici kursu (ETC - 49 - Evaluator Training Course) keçirilib.

Bu barədə Azturkxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində təşkil olunan kursda Azərbaycandan 22, NATO və tərəfdaş ölkələrdən isə 30 nəfər təlimatçı və dinləyici qismində iştirak ediblər. Kurs müddətində fərdi və qrup şəklində müxtəlif nəzəri və praktiki çalışmalar icra olunub.

Keçirilən kursun əsas məqsədi Alyansın Ortaq Qüvvələr Birliyinə bəyan edilən hissə və bölmələrinin qiymətləndirilməsi üçün ixtisaslı hərbi qulluqçuların sertifikatlaşdırılmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031