azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tərəfində növbəti vətəndaş qəbulu keçirilib

13-03-2026

Qəbul zamanı vətəndaşların, o cümlədən müharibə iştirakçılarının müraciətləri dinlənilib.

Azturkxeber.az xəbər verir ki, vətəndaşlar əsasən sosial təminat, məşğulluq, əlillik, kommunal xidmətlər, həmçinin digər sosial məsələlərlə bağlı müraciətlər ediblər.

Səlahiyyətli nümayəndə hər bir müraciətə həssaslıqla yanaşıldığını qeyd edərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Qeyd olunub ki, vətəndaşların müraciətlərinin dinlənilməsi, onların sosial problemlərinin həlli istiqamətində operativ tədbirlərin görülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə vətəndaş qəbulları mütəmadi olaraq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031