azturkxeber.az
http://azturkxeber.az

Bahar Muradova Serbiyanın ailə rifahı və demoqrafiya naziri ilə əməkdaşlıq imkanlarını müzakirə edib

12-03-2026

BMT-nin Baş Qərargahında keçirilən Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyası çərçivəsində ABŞ-də səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiya Respublikasının ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, görüşdə iki ölkə arasında ailə siyasəti, qadınların hüquqlarının müdafiəsi və demoqrafik inkişaf sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər xüsusilə bu sahələrdə birgə layihələrin həyata keçirilməsinin və əməkdaşlığın institusional əsaslarının gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan və Serbiya arasında mövcud dostluq münasibətlərinin ailə, qadın və demoqrafiya siyasəti sahələrində əməkdaşlığın inkişafı üçün zəmin yaratdığını qeyd edib. Birgə fəaliyyətin daha səmərəli təşkili üçün çevik əlaqə və işçi qruplarının yaradılmasının vacibliyini vurğulayan B. Muradova bildirib ki, bu cür addımlar əməkdaşlığın konkret fəaliyyət müstəvisinə keçməsinə şərait yaradacaq.

Serbiyanın ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç Serbiyada demoqrafiya strategiyasının hazırlanması, ailələrin müdafiəsi və gənc ailələrə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib. O, bu sahədə Azərbaycanın əldə etdiyi müsbət təcrübənin öyrənilməsinin faydalı olacağını bildirərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Görüş tərəflərin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi, birgə faydalı təşəbbüslərin həyata keçirilməsi və qarşılıqlı səfərlərin təşkili istiqamətində müzakirələrlə davam edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031