azturkxeber.az
http://azturkxeber.az

Türkiyə Ordusunun Quru Qoşunları komandanı ƏÜO-da olub

11-03-2026

Martın 11-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

Bu barədə Azturkxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qonaqlar əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.

Nümayəndə heyəti, həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini də ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-leytenant Kənan Seyidov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel ilə görüşüb, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Brifinq zalında ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlər barədə məlumat verilib.

Ordu generalı Metin Tokel bölgədə sabitliyin gücləndirilməsi və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə Türkiyənin daim Azərbaycanın yanında olduğunu və tarixi Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq istənilən hərbi yardımı göstərməyə hazır olduqlarını bildirib. Ordu generalı iki ölkə arasındakı münasibətlərin strateji və hərbi tərəfdaşlıq baxımından möhkəm bir təmələ sahib olduğunu söyləyib.

Sonda birgə hərbi təlimlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə bağlı məsələlər müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031