azturkxeber.az
http://azturkxeber.az

Məktəblilərin RSXM-nin “Kürdəmir” seysmik stansiyasına ekskursiyası təşkil olunub

11-03-2026

Kürdəmir rayonunun Köhnəbazar kənd tam orta məktəbin şagirdlərinin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) “Kürdəmir” seysmik stansiyasına ekskursiyası təşkil olunub.

Azturkxeber.az xəbər verir ki, ekskursiyanın əsas məqsədi şagirdlərin müasir seysmoloji tədqiqat metodları ilə yaxından tanış edilməsi və onlarda geofizika sahəsinə maraq oyatmaqdan ibarət olub. RSXM-nin "Kürdəmir" seysmik stansiyasının müdiri Rahim İslamov şagirdlərə mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verərək, mərkəzin seysmik monitorinq şəbəkəsinin iş prinsipi haqqında danışıb. Həmçinin, şagirdlərə seysmik cihazların iş prinsipini təmin edən cihazlar nümayiş etdirilib.

Stansiyada alternativ enerji mənbəyi kimi günəş panellərindən istifadə edilməsi şagirdlərin böyük marağına səbəb olub.

Bundan başqa, məktəblilərə stansiyadakı cihazlar vasitəsilə yeraltı təkanların qeydə alınması, yerin təkində baş verən proseslərin hansı dəqiqliklə izlənildiyi əyani şəkildə nümayiş etdirilib.

Ekskursiya zamanı məktəblilərin maraq doğuran sualları da ətraflı şəkildə cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031