azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın müstəqil monitorinq mexanizmi funksiyası çərçivəsində əlilliyi olan şəxslərin hüquqların təmini vəziyyəti ilə bağlı ictimai sorğu keçirilir

10-03-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) əlilliyi olan şəxslərin bərabər hüquq və imkanlara malik olmasını, onların sosial müdafiəsinin və cəmiyyətə tamhüquqlu inteqrasiyasının təminini və ayrı-seçkilikdən müdafiəsini xüsusi diqqətdə saxlayır.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasından irəli gələn öhdəliklər və Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Komitənin tövsiyələri nəzərə alınmaqla Ombudsman ölkədə Konvensiyanın implementasiyasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizmin funksiyalarını həyata keçirir.

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təşviqi sahəsində müstəqil monitorinq fəaliyyəti Ombudsmana ünvanlanmış müraciətlərə baxılması, informasiya sorğularının cavablandırılması, monitorinqlərin həyata keçirilməsi, analitik təhlillərin aparılması, rəy və təkliflərin hazırlanması, hüquqi maarifləndirmə istiqamətləri üzrə davam etdirilir.

Bu fəaliyyət çərçivəsində Ombudsmanın müstəqil monitorinq qrupu tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsi və təşviqinə töhfə verilməsi üçün onların qarşılaşdığı problemlərin, həmçinin rəy və təkliflərinin öyrənilməsi və təhlil edilməsi, eləcə də bu sahədə müstəqil monitorinq fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə ictimai sorğu həyata keçirilir.

Onlayn formada aparılan ictimai sorğu Ombudsmanın rəsmi internet səhifəsində 10 iyun 2026-cı il tarixinədək davam edəcək.

Sorğuya aşağıdakı linkdən keçid etmək mümkündür:

İctimai sorğu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031