azturkxeber.az
http://azturkxeber.az

Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb

09-03-2026

Bakı şəhərində fəaliyyət göstərən marşrut avtobuslarından birində sərnişinin içərisində 200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Azturkxeber.az-a daxil olmuş məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Cəlaləddin Abdullazadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxsin avtobusda törətdiyi cibgirlik əməli təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vətəndaşlara ictimai nəqliyyatda olarkən diqqətli olmaları, şəxsi əşyalarını nəzarətdə saxlamaları və sıxlıq olan yerlərdə ehtiyatlı davranmaları tövsiyə olunur. Bu kimi hallarla qarşılaşdıqda və ya şübhəli şəxslər gördükdə dərhal polisə məlumat vermələri xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031