ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib




Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Bu barədə Azturkxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik ediblər. Qeyd olunub ki, kurs müddətində keçirilən intensiv təlimlər nəticəsində hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yüksəlib və potensial təhdidlərə qarşı istənilən şəraitdə müasir döyüş aparma üsulları mənimsənilib.
Kursu müvəffəqiyyətlə bitirən məzunlar "Komando andı"nı qəbul ediblər.
Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: