azturkxeber.az
http://azturkxeber.az

Əlahiddə Ümumqoşun Orduda "Gizir hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib

22-12-2025

Əlahiddə Ümumqoşun Orduda "Gizir hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib

Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində "Gizir hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiətilə Azərbaycanın Dövlət Himni ifa olunub.

General-mayor Etibar Məhərrəmov buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Kurs müddətində qazanılan bilik və bacarıqların onların döyüş vərdişlərinin artırılmasında, eləcə də peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsində xüsusi rol oynayacağını vurğulayıb. Tabelikdə olan şəxsi heyətin daim qayğısına qalmağı, hərbi əmlakı qorumağı tövsiyə edib.

Məzunlar onlara göstərilən diqqət və qayğıya görə rəhbərliyə təşəkkürünü bildirib, yiyələndikləri bilik və bacarıqları daha da təkmilləşdirərək xidmət yerlərində tətbiq edəcəklərinə söz veriblər.

Kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Mərasimin yekununda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031