Kəngərli rayonunda MDSS haqları hesabına ödənilən müavinətlərin düzgün təyin olunub ödənilməsi ilə bağlı maarifləndirici görüş keçirilib



Maarifləndirici görüş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial və dövlət icbari şəxsi sığorta departamenti tərəfindən keçirilib.
Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, görüşdə sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta (MDSS) haqları hesabına ödənilən müavinət sənədlərinin düzgün hazırlanması və www.e-gov.az elektron hökumət portalı üzərindən təqdim olunması qaydaları izah edilib. Eyni zamanda, Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 nömrəli Qərarı ilə 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarla təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də müvafiq dəyişikliklər barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində həmçinin Dövlət Vergi Xidmətinə təqdim olunan vahid bəyannamələrdə MDSS ödənişləri üzrə ilkin və dəqiqləşdirilmiş məlumatların düzgün tərtibi məsələlərinə aydınlıq gətirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: