azturkxeber.az
http://azturkxeber.az

MDSS haqları hesabına ödənilən müavinətlərin təyin olunub ödənilməsi ilə bağlı maarifləndirici görüş keçirilib (DSMF)

16-04-2026

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları tərəfindən keçirilən görüş Şərur rayonunda baş tutub.

Azturkxeber.az xəbər verir ki, görüşdə sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta (MDSS) haqları hesabına ödənilən müavinət sənədlərinin düzgün hazırlanması və www.e-gov.az elektron hökumət portalı üzərindən təqdim olunması qaydaları izah edilib. Eyni zamanda, Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 nömrəli Qərarı ilə 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarla təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də müvafiq dəyişikliklər barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində həmçinin Dövlət Vergi Xidmətinə təqdim olunan vahid bəyannamələrdə MDSS ödənişləri üzrə ilkin və dəqiqləşdirilmiş məlumatların düzgün tərtibi məsələlərinə aydınlıq gətirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930