azturkxeber.az
http://azturkxeber.az

Ölkə çempionatında ilk qalib və mükafatçılar müəyyənləşib

04-03-2026

Stolüstü tennis üzrə ölkə çempionatı davam edir.

Azturkxeber.az xəbər verir ki, "Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışa paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonların təmsilçiləri qatılıblar. Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən çempionatda idmançılar ilk olaraq komanda yarışlarında bacarıqlarını göstəriblər. Kişilərin mübarizəsi Bakı-1 komandasının qələbəsi ilə başa catıb. Bakı-2 ikinci, Bakı-3 və Şabran kollektivi üçüncü yeri tutub.

Qadınların yarışında Sumqayıt-1 qalib gəlib. Bakı-1 komandası ikinci yeri tutub. Bakı-2 və Sumqayıt-2 üçüncü pillədə qərarlaşıb. Ölkə çempionatına martın 6-da yekun vurulacaq. Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031