azturkxeber.az
http://azturkxeber.az

Ölkə birinciliyində komanda yarışları başa catıb

01-05-2025

Stolüstü tennis üzrə ölkə birinciliyində komanda yarışlarına yekun vurulub. "Şüa" idman kompleksində keçirilən yarışda 2006-2009-cu il, 2010-cu il və daha kiçik təvəllüdlü idmançılar iştirak ediblər. Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən, 19 yaşadək qızlar arasında Sümqayıt-1 kollektivi 1-ci yeri tutub.
Bakı-1 ikinci, Şabran və Sumqayıt-2 üçüncü pillədə qərarlaşıb.

19 yaşadək oğlanların yarışında baş mukafata Bakı-1 komandası layiq görulüb. Sumqayıt kollektivi ikinci, Şabran və Bakı-2 üçüncü yeri tutub.
U-15 yaş dərəcəsində qızların mubarizəsi Sumqayıt-1 komandasının qələbəsi ilə nəticələnib. Bakı-1 ikinci, Sumqayıt-2 və Sumqayıt-3 üçuncü pillədə yer alıb.

15 yaşadək oğlanların yarışından isə Şabran idmançıları qalib ayrılıblar. Bakı-1 ikinci, Sumqayıt-1 və Sumqayıt-2 komandası üçuncü yeri tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031