azturkxeber.az
http://azturkxeber.az

Bazar gününə Yaxın Şərqə nəzərdə tutulmuş 716 uçuş ləğv edilib

01-03-2026

Bazar gününə Yaxın Şərqə nəzərdə tutulmuş 716 uçuş ləğv edilib

Yaxın Şərqdə baş verən proseslər dünyanın müxtəlif regionlarından yüzlərlə aviareysə təsir edib.

Bu barədə aviasiya tədqiqatları üzrə ixtisaslaşmış “Cirium” təşkilatı məlumat verib.

Təşkilat bildirir ki, şənbə günü Yaxın Şərqə nəzərdə tutulmuş 4218 reysin 966-sı ləğv edilib. Yaxın Şərqdən hərəkət edən təyyarələri də nəzərə alsaq, ləğv olunan reys sayı 1800-ü ötüb.

Bazar günü üçün Yaxın Şərq regionuna nəzərdə tutulmuş 4329 reysdən 716-sı artıq ləğv olunub. Günün sonunadək bu sayın artacağı şübhə doğurmur.

Vəziyyətdən ən çox əziyyət çəkən Körfəz ölkələrinə məxsus “Emirates”, “Qatar Airways” və “Etihad” aviaşirkətləridir. Onların xidmətlərindən təkcə tranzit kimi istifadə edən gündəlik sərnişin sayı 90 min nəfərdən çoxdur.

Avropanın ən böyük aviaqrupu “Lufthansa” martın 7-dək Tel-Əviv, Beyrut, Amman, Ərbil və Tehrana uçuşları dayandırıb.

Macarıstanın aşağı büdcəli “Wizz Air” şirkəti BƏƏ və Səudiyyə Ərəbistanına bütün uçuşları martın 7-dək təxirə salıb.

Türk Hava Yolları Yaxın Şərqin 10 ölkəsinə uçuşları dayandırıb. Digər regionlara uçuşlar cədvəl üzrə həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031