azturkxeber.az
http://azturkxeber.az

“Lufthansa” pilotlarının və təyyarə bələdçilərinin beşgünlük tətili başa çatıb

18-04-2026

“Lufthansa” pilotlarının və təyyarə bələdçilərinin beşgünlük tətili başa çatıb

“Lufthansa” aviaşirkətində, eləcə də onun “Lufthansa Cargo”, “Lufthansa CityLine” və “Eurowings” törəmə şirkətlərində pilotların və təyyarə bələdçilərinin tətil dalğası başa çatıb.

Azturkxeber.az Almaniya mediasına istinadla xəbər verir ki, pilotların həmkarlar ittifaqları təşkilatı “Kokpit ittifaqı”nın bülletenində yaxın perspektivdə yeni kollektiv mübarizə tədbirlərinin olmayacağı bildirilib. Təyyarə bələdçilərinin həmkarlar ittifaqı təşkilatı (UFO) da tətillərə hələlik fasilə veriləcəyini və “Lufthansa”nın reaksiyasını gözləyəcəklərini bildirib.

Pilotlar kabin heyəti ilə birlikdə həftə ərzində “Lufthansa”, “Lufthansa Cargo” və “Lufthansa Cityline” aviaşirkətlərinin fəaliyyətini beş gün müddətinə iflic ediblər. Tətil “Eurowings” şirkətində iki gün davam edib. İşçilər daha yaxşı iş şəraiti, əməkhaqlarının artırılması, pensiya fonduna daha yüksək töhfələrin verilməsini tələb edirlər.

Həftə ərzində təkcə Frankfurt aeroportunda 3 mindən çox uçuşun ləğv edildiyi və bunun yüz minlərlə sərnişini əhatə etdiyi bildirilir. Tətilin sonuncu günündə də yüzlərlə uçuş təxirə salınıb.

“Tagesschau” xəbər xidmətinin məlumatına əsasən “Lufthansa” şirkəti yenidən böyük ölçüdə normal uçuş proqramı təklif etmək niyyətindədir. Buna baxmayaraq, hələ də bəzi uçuşlar ləğv edilə və gecikə bilər. “Lufthansa” davam edən əmək mübahisələrinə və yüksək kerosin xərclərinə görə “Cityline”ın fəaliyyətinə dərhal son qoyulduğunu elan edib. “Cityline”ın 24 sərnişin və 3 yük təyyarəsi isə istismardan çıxarılacaq.

“Kühne Holding”in İdarə Heyətinin sədri Karl Qernandt hər iki həmkarlar ittifaqını tətil hüququndan qeyri-mütənasib şəkildə sui-istifadə etməkdə və şəxsi eqoizmi ümumi maraqlardan üstün tutmaqda ittiham edib. “Kokpit ittifaqı” cavab olaraq yaydığı açıq məktubda bu ittihamları qətiyyətlə rədd edərək bildirib ki, kollektiv mübarizə tədbirləri aydın hüquqi çərçivəyə əsaslanır və tarif danışıqları zamanı legitim bir vasitədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930