Növbəti köç karvanı Xocalı şəhərinə çatıb





Fevralın 16-da doğma yurduna yola salınan köç karvanları Xocalı şəhərinə çatıb.
Bu barədə Azturkxeber.az-a mətbuat xidmətindən verilən məlumata görə, bu mərhələdə Xocalı şəhərinə köçürülən 149 nəfərdən ibarət 30 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: