azturkxeber.az
http://azturkxeber.az

Bu il əlilliyi olan 5 mindən çox şəxs işlə təmin edilib

03-12-2025

Əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası tədbirləri ilə yanaşı, onların əmək bazarına çıxışının dəstəklənməsi, məşğulluğunun təminatı istiqamətində də mühüm işlər aparılır. Həmin işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi cari ildə əlilliyi olan daha 5 min 505 nəfər şəxsi işlə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, özünüməşğulluq proqramının icrasında digər həssas qruplar kimi, əlilliyi olan şəxslərə də üstünlük verilir. Bu il də Agentlik tərəfindən əlilliyi olan 1261 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb.

Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili həyata keçirilir. Agentlik tərəfindən Azərbaycan Karlar Cəmiyyəti, Gözdən Əlilliyi olan Şəxslər Cəmiyyəti, digər müxtəlif təşkilatlar, ictimai birliklər və işəgötürənlərlə əməkdaşlıq edilməklə əlilliyi olan şəxslər üçün peşə hazırlığı kursları təşkil olunur.

Bu il əlliliyi olan 458 nəfər şəxs peşə kurslarına cəlb olunub. Kursları başa vuranların işlə təminatına da dəstək göstərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031