azturkxeber.az
http://azturkxeber.az

Yaponiya BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasını istəyir

23-09-2025

Yaponiya BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasını istəyir

Yaponiya BMT-nin Təhlükəsizlik Şurasında islahatlar aparılmasını istəyir.

Bu barədə Yaponiyanın NHK kanalı məlumat yayıb. Kanalın xəbərinə görə, Baş nazir İşiba Şiqeru BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi debatında Təhlükəsizlik Şurasında islahatlara çağırış edəcək. Güman olunur ki, Baş nazir Təhlükəsizlik Şurasının fəaliyyətinin pozulduğunu söyləyəcək və şuradakı yerlərin sayının artırılmasının vacibliyini vurğulayacaq.

Qeyd edək ki, Yaponiyanın Baş naziri BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün sentyabrın 23-də Nyu-Yorka yola düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930