azturkxeber.az
http://azturkxeber.az

Audiovizual Şuranın elan etdiyi 2 müsabiqəyə sənəd qəbulu başa çatmışdır  

27-12-2024

 Azərbaycan Respublikası Audiovizual Şurasının 07 noyabr 2024-cü il tarixli 38/24-17 və 39/24-17 nömrəli qərarları ilə 18 noyabr tarixindən elan etdiyi 2 müsabiqə üzrə sənəd qəbulu başa çatmışdır.

AzTurkxeber.az xəbər verir ki, hər bir müsabiqə üzrə Audiovizual Şuraya sənədlərini təqdim etmiş ərizəçilər aşağıdakılardır:

Birinci müsabiqə üzrə:

(ilkin mərhələdə Bakı Teleqüllə Kompleksindən yayım aparılacaq radiotezlik 88.7 MHs)

"Pro Media Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Planet FM")
"Broadcast Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Dalğa FM")
Fiziki şəxs Quliyev Emin Suram oğlu (radio kanalın adı: "Biznes FM")
"Balans Studiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "ANS ÇM")
İkinci müsabiqə üzrə:

(ilkin mərhələdə Bakı Teleqüllə Kompleksindən yayım aparılacaq radiotezlik 92.5 MHs)

"Pro Media Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Planet FM")
"Broadcast Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Dalğa FM")
Fiziki şəxs Quliyev Emin Suram oğlu (radio kanalın adı: "Biznes FM")
"Üçbucaq Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Gənc FM")
"Media haqqında" Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində Audiovizual Şura tərəfindən təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031