azturkxeber.az
http://azturkxeber.az

“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir

17-09-2025

Şəhidimiz Sərxan Köklərov Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub.

O, 2023-cü ilin sentyabrın 19-da başlanan və cəmi 24 saat davam edən antiterror əməliyyatları zamanı Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin sərəncamları ilə Sərxan Köklərov “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Önun üç övladı bizə yadigar qalıb.

“YAŞAT” Fondu tərəfindən fəaliyyət istiqamətləri üzrə şəhidimizin ailəsinə mütəmadi dəstək göstərilir. Fondun müxtəlif layihələri çərçivəsində onun övladlarına hədiyyələr və məktəbli ləvazimatları təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930