azturkxeber.az
http://azturkxeber.az

Rusiya Xəzər Donanmasının gəmiləri təlimə başlayıb

14-09-2025

Rusiya Xəzər Donanmasının gəmiləri təlimə başlayıb

Rusiya Federasiyası Xəzər Donanmasının gəmiləri təsərrüfat fəaliyyətinin və gəmiçilik obyektlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təlimə başlayıb.

Bu barədə Xəzər Donanmasının mətbuat xidmətindən bildirib.

Məlumata görə, gəmilər donanmanın komandanı kontr-admiral Oleq Zverevin rəhbərliyi ilə keçirilən komanda-qərargah təliminin praktiki hissəsində iştirak etmək üçün dənizə çıxıb.

Təlim zamanı Xəzər dənizində dəniz təsərrüfat fəaliyyətinin və gəmiçilik vasitələrinin təhlükəsizliyinin zəmanətli təmin edilməsi məqsədilə donanma qüvvələri qrupları tərəfindən müxtəlif tədbirlər həyata keçiriləcək.

Mətbuat xidməti qeyd edib ki, təlimin məqsədi qeyri-standart tapşırıqların həlli zamanı dənizdə güc qruplarının idarə edilməsi zamanı müasir və qabaqcıl silah və hərbi texnikadan istifadə etməklə birlik və hərbi hissələrin rəhbər heyətinin bacarıqlarının təkmilləşdirilməsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930