azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanın ümumtəhsil müəssisələrində yeni STEAM otaqlarının yaradılmasına başlanılıb

06-09-2025

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq muxtar respublikanın ümumtəhsil müəssisələrində yeni STEAM otaqlarının yaradılmasına başlanılıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Dövlət Proqramında 154 təhsil müəssisəsində mövcud olan STEAM otaqlarının avadanlıqlarla zənginləşdirilməsi və əlavə olaraq müəssisələrdə 50 yeni STEAM otağının yaradılması nəzərdə tutulub.

Cari tədris ilində Təhsil Nazirliyi tərəfindən STEAM otaqlarının zənginləşdirilməsi üçün arduino, arduino superkid, flament, 3D qələmlər, arduino nano, məsafə sensorları, optik sensorlar, günəş paneli, servo mator və digər avadanlıqlar tender yolu ilə alınaraq müəssisələrinə təhvil verilib. Proqramda nəzərdə tutulan 154 təhsil müəssisəsindəki STEAM otaqları zənginləşdirilib.

Yeni tədris ili öncəsi isə Dövlət Proqramının uyğun olaraq nazirlik tərəfindən ümumtəhsil müəssisələrində 50 yeni STEAM otağının yaradılmasına başlanılıb.

Ümumtəhsil müəssisələrinə yeni yaradılan STEAM otaqları şagirdlərin əyani vasitələrdən istifadə edərək öz bilik və bacarıqlarının artırılmasında, onlarda tənqidi və yaradıcı düşüncələrin formalaşmasında mühüm rol oynayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930