azturkxeber.az
http://azturkxeber.az

Kir Starmer özünə yeni müavin təyin edib

06-09-2025

Kir Starmer özünə yeni müavin təyin edib

Böyük Britaniyada Baş nazirin müavini Ancela Reynerin istefasından sonra hökumətdə genişmiqyaslı dəyişikliklər aparılıb.

Baş nazir Kir Starmerin qərarı ilə Devid Lammi Baş nazirin yeni müavini təyin olunub. O, həmçinin ədliyyə naziri vəzifəsini də icra edəcək. Reynerin əvvəlki vəzifəsi olan mənzil və yaşayış siyasəti üzrə nazir postuna isə Stiv Rid gətirilib.

Bu dəyişikliklər A.Reynerin vergi rüsumları ilə bağlı qalmaqallı istefasının ardından Kir Starmer hökumətində aparılan ən böyük rotasiya kimi qiymətləndirilir. Ancela Reyner İngiltərənin cənubundakı Houv kurort şəhərində mənzil alarkən vergi rüsumunu ödəmədiyini etiraf etdikdən sonra cümə günü istefa verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930