azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda aksiz markası olmayan tütün məmulatlarının satışını təşkil edən şəxslər saxlanılıb

02-09-2025

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aksiz markası olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yaşlı Əliyev Fərhad, Əliyev Ağalar, 28 yaşlı Səfərov Əhliman, 34 yaşlı Qurbanov Heydər və 62 yaşlı Novruzov Nazimin xarici ölkədən qanunsuz yollarla gətirilmiş, üzərində aksiz markası olmayan 40000 manat dəyərində 25000 qutu tütün məmulatlarını satışa çıxardıqları müəyyən olunub. Həmin şəxslər saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Faktlarla bağlı, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930