Mərakeşin Atlantik okeanına baxan müasir stadionu: Adrar
2025-ci ildə Afrika Millətlər Kubokuna və 2030-cu ildə futbol üzrə Dünya Kubokuna ev sahibliyi edəcək Mərakeş ölkənin cənub-qərbində Aqadir sahil şəhərində yerləşən Adrar stadionunu tamamlamaq üçün səylə çalışır. 2013-cü ildə tikilmiş Adrar stadionu Afrika Millətlər Kubokuna ev sahibliyi etmək üçün nəzərdə tutulan 9 stadion arasındadır.
2022-ci ildə Qətərdə Mərakeşin yarımfinal qələbəsi ilə sevinən Aqadir sərmayə yatırılacaq altı şəhərdən biri seçildi. Təbii ot örtüyü olan futbol meydançası həm qapalı, həm də açıq havada çoxsaylı yeni xüsusiyyətlərə malik olan obyekt olaraq bu günə qədər 34 milyon avro investisiya qoyuluşu ilə ölkənin ən müasir stadionlarından biri hesab olunur.
Çöldə üç məşq meydançası və mini stadion tikilib, dayanacaq genişləndirilib və təhlükəsizlik üz tanıma kimi yeniliklərlə gücləndirilib. İçəridə soyunub-geyinmə otaqları modernləşdirilib, meydança yenilənib
Xatırladaq ki, Mərakeş İspaniya və Portuqaliya ilə birlikdə 2025-ci ildə Afrika Millətlər Kuboku və 2030-cu ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşır. 2030-cu il dünya çempionatı çərçivəsində bir oyun Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. Dünya çempionatının 100 illiyinə həsr olunmuş turnirin ilk oyunları isə Cənubi Amerikada keçiriləcək. Qalan oyunlar İspaniya, Mərakeş və Portuqaliyada olacaq.