azturkxeber.az
http://azturkxeber.az

Mərkəzi Bank İsmayıllıda vətəndaşların səyyar görüşünü keçirəcək

01-09-2025

Mərkəzi Bank İsmayıllıda vətəndaşların səyyar görüşünü keçirəcək

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaş görüşlərinin keçirilməsi mühüm yer tutur.

AMB-dan bildirilib ki, növbəti səyyar görüş sentyabrın 3-də İsmayıllı şəhərində keçiriləcək. Qeyd edilən tarixdə görüş İsmayıllı, Ağsu, Qobustan, Şamaxı inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir.

Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir.

Qeyd edək ki, görüşə dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 vatsap nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930