azturkxeber.az
http://azturkxeber.az

Mərkəzi Bank Xızıda vətəndaşlarla səyyar görüş keçirəcək

28-11-2025

Mərkəzi Bank Xızıda vətəndaşlarla səyyar görüş keçirəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaş görüşlərinin keçirilməsi mühüm yer tutur.

AMB-dən bildirilib ki, növbəti səyyar görüş dekabrın 3-də Xızı rayonunda keçiriləcəkdir. Görüş Xızı, Abşeron, Sumqayıt inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir. Görüşdə Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir.

Qeyd edək ki, görüşə dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930