Qafqazın Qucağında: Tarix, hisslər və zamanla sınaqdan keçmiş vətən sevgisi -ƏZİZ ƏLİBƏYLİ
Sizdə xoşbəxtdim, a dağlar, kahalar, gen düzlər!
Keçdi beş il, yenə könlüm sizi həsrət izlər.
İki göz gördüm o yerlərdə, ilahi gözlər
Yada düşdükcə pıçıldar ürəyim min yerdən:
Sevirəm Qafqazı mən!
Belə tarixi anlarda şübhəsiz dərhal üç adamı xatırlayıram:
Puşkin, Lermontov və Bestujev - Marlinski...
Eynən bu misralar qədərdir sevdiyim
"Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən,
Tutmuşam tək uçurum qarlı dağ üstündə qərar,
Qara quş uçmağa qalxarsa uzaq bir təpədən,
Nə qədər yüksək uçarsa, yenə dövrəmdə uçar." misraları da...
Fotonu da təsadüfən çəkməmişəm.
Sol panoramada görünən Dəmirlik dağının ətəyində bura köçüb gələn rus - molokanların keçdiyi el yolu - İvan qırılan adlı yol görünür.
Təsəvvür edirsinizmi, XIX əsrdə bura köçən ruslardan qabaq ərazinin adı Qarapapaq dərəsi imiş. Ümumiyyətlə, Gədəbəyə rusların işğalı ərəfəsində sərhəd məntəqələrinə hücum edən gürcü çarlarının ucbatından XVIII əsrin sonlarından bura çoxlu sayda Qarapapaq köçüb.
Və rusların bizim indiki yurdda məskən saldığı yerlərdə əvvəllər də dədə- babalarımız yaşayıblar.
Daha sonra bu fotodan yola çıxsan hardasa bir saata varacağımız məsafədə Göyçə elləri yerləşirdi.
Əl içindədir Göyçə gölü.
Üçüncü bir misal onları yurdlarından qovduqları XX əsrin əvvəllərində baş verən hadisələrə yerli bəylərin reaksiyaları, daşnaq və bolşeviklərə savaşları tarixin möhtəşəm faktı kimi arxivlərdə qalmaqdadır. Elə fonda görünən Babacançayının aşağı axarında - Zəhəmçayı sahilində Andrnikin ordularına divan tutan Yaqublu ağalarına da əhsən düşür.
Dəmirlik dağının arxasında gözəl bir təbiət incisi var:
Başkənd kəndi - 1992- ci ildə ölkənin müharibədə məğlubiyyəti fonunda gözlə görüləcək qədər təsəlli yeri, fəxr mənbəyi idi Başkənd əməliyyatının qələbəsi...
Qayıdaq bir az fotonun əvvəlinə...
Dünən möhtəşəm bir tarix elə tarixdə qalmasın deyə keçmişin səhifələrinə bir daha göz atmağa səsləyir.
Rus dekabristlərindən olan Besrujevin qələmə aldığı mənzərədə Molla Nur Təngə dərisindən dünyaya boylanan yeni identifikasiya nümunəsi idi. Biz, bu nümunələrə daha sonra "Dəli Kür"ün Cahandar ağasında, Sabir Azərinin (Duman Çəklir) Cəlil bəyində, Zəka Vilayətoğlu nun (Şah Ölüm) Məcid ağa Şəkibəyov obrazında, Fərçan Kərimzadənin (Qarlı aşırım) obrazlarında rusların başımıza gətirdiyi fəlakətlərin tarixi- siyasi və sosial-mədəni həyatımızın dağıdılan elementləri ortaya çıxır.
Bax elə bu dağlarda xalqın azaldığı uğrunda dağlara çıxıb qaçaq olanların aqibəti idi Azərbaycanın qisməti...
Düzdür, etiraf edək ki, Çar Rusiyasına və Sovetlərə daxil olduqdan sonra xüsusilə dini fanatizm üzərində əldə edilən uğurlar bugünkü sekulyar simamızın həm də konstitusion əsaslarını təşkil edir.
Lakin bunlar o faktı dəyişdirmir ki, bütün dövrlərdə ən igid övladlarımız və torpaqlarımızın ən səfalı yerləri ruhların işğal siyasətinə qurban gedib..
İndi diqqət edək;
300 il sonra bu bölgə kimə qalası oldu?
Dəydimi rusları kütləvi köçürüb bölgəni ruslaşdırmağa və əbədi Rusiyaya bağlamağa?
Sonuncu rus da Azərbaycan dilini öyrənərək, çoxdan Qarapapaq oldu!
Ağladıqca kişi qeyrətsiz olur,
Necə ki, ağladı İran oldu...
Bəli, yenə rus ədəbiyyatına sayğımız var: ən əsası onlar böyük Rusiya üçün işğal ideologiyası formalaşdırıbsa da, bizim üçün o səhifələrdə yayan faciə tariximiz var: yenə də oxuyub bilməliyik ki, başımıza nə oyunlar açıblar.
Amma bu dəfə müstəqil və qalib dövlətin vətəndaşı kimi.
Bax elə fotodakı da o adamlardan biridir: qucaqlayıb vətəninin zirvələrini..
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli