azturkxeber.az
http://azturkxeber.az

İndiyədək BTC boru kəməri ilə 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib

04-06-2026

Bu günədək Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə dünya bazarlarına 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib.

Azturkxeber.az xəbər verir ki, Energetika Nazirliyinin məlumatına görə, bu göstərici kəmər vasitəsilə nəql edilən xam neftin yükləndiyi ilk tankerin yola salınmasının 20 illiyinə təsadüf edir. Belə ki, düz 20 il əvvəl – 2006-cı il iyunun 4-də BTC boru kəməri ilə nəql edilən ixrac xam nefti yüklənmiş ilk tanker yola salınıb. 2006-cı ilin iyun ayında istismara verilən bu kəmərin neftlə doldurulmasına 2005-ci il mayın 10-da başlanılıb və xam neft Ceyhan terminalına 2006-cı il mayın 28-də çatıb.

Qeyd edək ki, BTC boru kəməri vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft və "Şahdəniz" yatağından hasil olunan kondensat nəql edilir. Səngəçal terminalından başlayan kəmər Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930