azturkxeber.az
http://azturkxeber.az

Fərid Qayıbov Salyanda vətəndaş qəbulu keçirib

04-06-2026

İyunun 4-də gənclər və idman naziri Fərid Qayıbov Salyan şəhərində Neftçala və Salyan rayon sakinlərini qəbul edib.

Azturkxeber.az xəbər verir ki, qəbuldan öncə nazir Fərid Qayıbov Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovla birlikdə Salyan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Salyan Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930