azturkxeber.az
http://azturkxeber.az

“ASAN Məktub – Yaz Düşərgəsi 2” layihəsi yekunlaşıb

04-06-2026

“ASAN xidmət” və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “ASAN Məktub – Yaz Düşərgəsi 2” layihəsi baş tutub. Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşıb.

Azturkxeber.az-ın məlumatına görə, əsas məqsəd uşaqların sosial, kommunikativ və yaradıcılıq potensialının inkişafına töhfə vermək, onların asudə vaxtlarının faydalı və interaktiv şəkildə təşkilini təmin etmək, eyni zamanda komanda işi və özünüifadə bacarıqlarının genişləndirilməsinə dəstək olmaq olub.

Düşərgəyə 1, 2 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrindən 8–14 yaş aralığında olan 50 uşaq cəlb olunub.

Dörd gün davam edən düşərgə proqramı çərçivəsində uşaqlar üçün sosial və fərdi bacarıqların inkişafına yönəlmiş təlimlər, ustad dərsləri, intellektual və interaktiv oyunlar, idman yarışları, yaradıcı və ekoloji fəaliyyətlər, tamaşalar və nağıl saatları təşkil edilib.
Uşaqlara kitablar, məktəb ləvazimatları, məktəb formaları və digər hədiyyələr də təqdim olunub.

Fəaliyyətə başladığı gündən “ASAN Məktub” 10 700 – dən çox uşağın arzusunu gerçəkləşdirib. Məqsəd 3–14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzularını reallaşdırmaq və onların sevincinə töhfə verməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930