azturkxeber.az
http://azturkxeber.az

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində “Gənc tədqiqatçılar” adlı IV elmi-praktik konfrans keçirilmişdir Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş “Gənc tədqiqatçılar” adlı IV elmi-praktik konfrans

04-06-2026

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş “Gənc tədqiqatçılar” adlı IV elmi-praktik konfrans keçirilmişdir.

Azturkxeber.az-ın məlumatına görə, konfransda Dövlət Sərhəd Xidməti Akademiyasının professor-müəllim, kursant heyəti, İnformasiya Texnlogiyaları İnstitutunun vəzifəli şəxsləri və digər qonaqlar iştirak etmişlər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransın açılışında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik fəaliyyəti zamanı əldə etdiyi nailiyyətlərdən, xüsusi təyinatlı təhsil müəssisəsinin gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması, intellektual potensialının inkişaf etdirilməsi və hərbi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən bəhs olunmuşdur. Daha sonra Xüsusi Məktəbin keçdiyi inkişaf yolunu əks etdirən tanıtım videoçarx nümayiş etdirilmişdir.

Konfrans çərçivəsində Akademiya və Xüsusi Məktəbin kursantları tərəfindən hazırlanmış elmi-tədqiqat işləri təqdim olunmuş, müxtəlif istiqamətləri əhatə edən məruzələr dinlənilmiş, müasir dövrdə elmi araşdırmaların əhəmiyyəti, innovativ yanaşmaların tətbiqi və gənclərin elmi fəaliyyətə cəlb olunmasının vacibliyi ətrafında fikir mübadiləsi aparılmışdır.

Çıxışlarda gənc tədqiqatçıların elmi yaradıcılığa marağının artırılmasının, onların araşdırma bacarıqlarının inkişaf etdirilməsinin və əldə olunan nəticələrin elmi mühitə təqdim edilməsinin əhəmiyyəti xüsusi vurğulanmış, konfransın bu istiqamətdə mühüm platforma olduğu qeyd edilmişdir.

Tədbirin sonunda məruzələri ilə fərqlənən kursantlar təltif olunmuş, konfrans materiallarından ibarət nəşr iştirakçılara təqdim edilmişdir

Tədbirin sonunda məruzələri ilə fərqlənən kursantlar təltif olunmuş, konfrans materiallarından ibarət nəşr iştirakçılara təqdim edilmişdir.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930