azturkxeber.az
http://azturkxeber.az

Özbəkistanın dövlət qulluqçuları "ASAN xidmət"də

04-06-2026

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Özbəkistanın dövlət qulluqçuları üçün Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” və dövlət xidmətlərində sosial innovasiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə ətraflı təqdimat edilib. İştirakçılar Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Siyasəti və İdarəetmə Akademiyasında təhsil alırlar.

Azturkxeber.az xəbər verir ki, təqdimat zamanı "ASAN xidmət" təcrübəsinin 30-dan çox ölkəyə ixrac edildiyi seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Akademiyanın dəvəti əsasında ölkəmizdə səfərdə olan qonaqlar “ASAN xidmət” mərkəzinin, Səyyar ASAN xidmətin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD” publik şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Xatırladaq ki, Azərbaycan brendi bu ölkədə də uğurla tətbiq olunur. Hazırda Özbəkistanda “ASAN xidmət” modeli əsasında 200-dən çox xidmət mərkəzi fəaliyyət göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930