azturkxeber.az
http://azturkxeber.az

Bakı Su İdmanı Sarayında “Üzgüçülük hamı üçün” final mərhələsinin açılışı keçirildi

04-06-2026

İyunun 4-də Bakı Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimi keçirilib.

Azturkxeber.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev çıxış ediblər.

Açılış mərasimindən sonra yarışlara rəsmi start verilib. Final mərhələsində Azərbaycan və Türkiyədən idmançılar mübarizə aparır. Azərbaycan komandası Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Mingəçevir şəhərləri, eləcə də Goranboy, Balakən və İsmayıllı rayonlarını təmsil edən iştirakçılarla yarışlarda təmsil olunur.

Bu gün keçirilən yarışlarda idmançılar 10–11, 12–13, 14–15, 46–50, 51–55, 56–60 və 61 yaşdan yuxarı kateqoriyalar üzrə medallar uğrunda mübarizə aparırlar.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930