Canlı yayımda saxlanılan sürücü 30 sutka həbs edildi: narkotik təsiri altında olub, idarə etdiyi avtomobil isə axtarışda imiş

Canlı yayım zamanı polis əməkdaşlarının müdaxilə etdiyi sürücü barəsində 30 sutkalıq inzibati həbs qərarı verilib.
Azturkxeber.az-ın məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, sürücü nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə edib. Həmçinin məlum olub ki, idarə etdiyi avtomobil atasına məxsusdur və həmin şəxs axtarışda olduğundan nəqliyyat vasitəsi də axtarışa verilib. Bununla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: