Azərbaycan millisi Avropa çempionatının finalında



Bratislavada keçirilən minifutbol üzrə Avropa çempionatında Azərbaycan milli komandası yarımfinal mərhələsində Serbiya yığması ilə üz-üzə gəlib.
Azturkxeber.az-ın məlumatına görə, gərgin keçən qarşılaşmada hesabı Xətai Bağırovun qolu ilə Azərbaycan millisi açıb. Lakin rəqib komanda sonradan tarazlığı bərpa edib və matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qalibi müəyyənləşdirmək üçün təyin olunan penaltilər seriyasında daha dəqiq oynayan Azərbaycan yığması rəqibini məğlub edərək Avropa çempionatının finalına yüksəlib.
Millimizin həlledici görüşdəki rəqibi Ukrayna yığması olacaq. Final qarşılaşması iyunun 4-də, saat 22:30-da start götürəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: